Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı açıqlanıb. APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi 1 may 2016-cı il tarixə muxtar respublikada əhalinin sayının bir il öncəyə nisbətdə 4803 nəfər və ya 1,1 faiz artdığını açıqlayıb.
Beləliklə, Naxçıvan əhalisinin sayı 445 min 830 nəfər təşkil edib.Naxçıvan əhalisinin sayı açıqlandı

