Cənub bölgəsində iyunun 16-da keçirilən buraxılış imtahanlarının ilkin nəticələrinə görə məzunlar ötən illə müqayisədə 5-6 faiz yuxarı nəticə göstəriblər.
Qaziler.az bildirir ki, APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.M. Abbaszadənin sözlərinə görə, cənub bölgəsində keçirilən buraxılış imtahanlarının nəticələri hələlik çap edilməyib. O qeyd edib ki, buraxılış imtahanları tam başa çatandan sonra cədvəllər çap edilərək təqdim olunacaq.