Ağıl dəryasının qalibi

Ağıl dəryasının qalibi backend

Onu yaşıdlarından fərqləndirən bir cəhəti var. Ağıl, fitri istedadı, qabliyyəti. Bir gün bu ağıl sahibi ən böyük mükafata layiq görüləcəyini eşidəndə ürəyi az qalıb köksünü dəlib –deşsin, həyacandan dizləri əsib. O,gün mənim ömrümün ən güzəl günüdür-deyir. ANS televiziyasında keçirilən “Ağıl dəryası” verlişindəki yarışmaya 324 nəfər qatılıb yarım finala 9 nəfər qalıb. 1-ci yerin qalibi isə Nizami rayonun 220 saylı litsey-məktəbin 11 y sinfinin şagirdi Ağvan Hüseynov olub. O qardaş Türkiyənin A kateqoriyalı univeristetini qazanaraq ödənişsiz təhsil almaq hüququna malik olub.

İnanırıq ki, Ağvan Azərbaycanımızın başını uca edib hələ çox uğurlara imza atacaq. Təhsil aldığı bu məktəbin pedaqoji kollektivinin əməyini heç vaxt itirməyəcəyini söyləyən Ağvan indidən Azərbaycan üçün çox, lap çox darıxacağını da bildirir. Yolun açıq, işlərin avand olsun Ağvan ! Sənin kimi ağıl dəryalı uşaqlarımız var olsun.



Səriyyə Müslümqızı