“Top Gear” Avropa Qran-Prisi haqda: Tərəddüd etmədən Azərbaycana gedin

“Top Gear” Avropa Qran-Prisi haqda: Tərəddüd etmədən Azərbaycana gedin backend

BBC telekanalında efirə çıxan populyar “Top Gear” proqramının saytında “Formula 1” Avropa Qran-Prisi barədə yazı dərc olunub. Yazıda deyilir:

“Bakıdakı şəhər trası Sinqapur analoqunu gözəlliyi ilə min dəfə üstələyir: geniş, azca kələ-kötür düz yollar, qədim tikililərlə əhatələnmiş qığılcım çıxaran dar kölgəli küçələr 1960-cı illərin yürüş romantikasını xatırladır. Əgər gələn il “Formula”ya canlı baxmaq fikrinə düşsəniz, tərəddüd etmədən Azərbaycana gedin”.