Azərbaycan qarşıdakı 3 il ərzində Rusiyadan 14 min vaqon alacaq. “APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Uralvaqonzavod” ASC-nin baş direktoru Oleq Siyenko məlumat verib.
O, Rusiya tərəfinin "Azərbaycan Dəmir Yolları" QSC-yə müxtəlif növdə 2 900 yük vaqonunun verilməsi ilə bağlı müqavilə imzaladığını xatırladıb. O.Siyenko əlavə edib ki, bu Azərbaycana vaqon tədarükünün ilkin mərhələsidir: “Bu ildən başlayaraq biz üç il ərzində Azərbaycana 14 min vaqon tədarük edəcəyik. Biz artıq tökmə detalların istehsalına başlamışıq”.O. Siyenko bildirib ki, indi vaqonların yığılması istiqamətində işlər gedir. “İyun ayına qədər Azərbaycana 2000-dən artıq dəmir yol nəqliyyatı vasitəsi göndərəcəyik. Bu müqavilə bizim vaqon istehsalı gücümüzü artıracaq”, - deyə O.Siyenko vurğulayıb.