2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi davam edir. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 17-də 14:00-a olan məlumata əsasən, 5464 bakalavr elektron ərizəsinə daxil olaraq ixtisaslaşma seçimi etsə də, onlardan yalnız 4979 nəfəri ərizəsini təsdiq edib.
Xatırladırıq ki, ixtisaslaşma seçiminə 9 iyun tarixindən start verilib və bu proses 19 iyun saat 24:00-dək davam edəcək. İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də ixtisaslaşmaların müsabiqəsində iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrinin təsdiqini təmin etsinlər.Nəzərinizə çatdıraq ki, müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.