“Bu il Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinə dondurmaların keyfiyyəti ilə bağlı şikayət daxil olmayıb”. Bunu virtualaz.org xəbər verir ki, bunu Mərkəzinin qidalanma şöbəsinin müdiri İmran Abdullayev bildirib.
Onun sözlərinə görə, əgər şikayət olarsa, yalnız İqtisadiyyat Nazirliyinin təsdiqindən sonra Səhiyyə Nazirliyi yoxlaya bilər:
“Bu il bizə dondurmaların keyfiyyəti ilə bağlı şikayət daxil olmayıb. Heç ötən il də şikayət olmamışdı. Daxil olan müraciətlərin də əsassız olduğu ortaya çıxdı. Araşdırma zamanı gördük ki, hamısı şəxsi münasibətlər zəminindədir, qərəzlidir. Amma əgər şikayət olarsa, İqtisadiyyat Nazirliyinə göndərilir. Nazirlik razılığını bildirsə, Səhiyyə Nazirliyi yoxlamalar apara bilər”.