Ağstafada yeni sənaye parkının təməli qoyulub

Ağstafada yeni sənaye parkının təməli qoyulub backend

Ağstafada yeni sənaye parkının təməli qoyulub. Təməlqoyma mərasimində Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, başçının müavinləri, rayon İcra hakimiyyəti başçısı aparatının şöbə müdirləri və məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivləri, rayon ağsaqqalları və ziyalıları, yerli iş adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən M.Quliyev bildirib ki, Ağstafa rayonunda görülən məqsədyönlü tədbirlər sayəsində “Karvan-L” şirkətinin istehsal və emal müəssisələrini birləşdirən sənaye parkının təməl qoyulur.

Tədbirdə qeyd olunub ki, inşa olunan sənaye parkında kənd təsərrüfatı məhsulları tullantılarının emalı və üzvü kimyəvi məhsulların istehsalı müəssisəsi, 5-ci nəsil texnoloji idarəetməyə əsaslanan istixana kompleksi, inşaat materialları (dəmir dam örtükləri, plastik və şüşə materialları) istehsalı müəssisəsi, plastik tullantıların təkrar emalı müəssisəsi və 200 hektar ərazisi olan üzüm, ərik, xurma və digər meyvə bağları, soyuducu anbar kompleksi və hazır məhsulun satışı xidməti mərkəzi olacaq. Bu layihənin icra edilməsi nəticəsində 300 nəfər yeni işlə təmin ediləcək, mövsümü işlərə isə 1000 nəfərin cəlb ediləcəyi gözlənilir. Bakı-Qazax avtomobil yolunun kənarında inşa edilən sənaye parkının ərazisində böyük abadlıq və yaşıllıq işləri aparılacaq və gələcəkdə yeni otel infrastrukturunun yaradılması da həyata keçiriləcək. Həmçinin bildirilib ki, bu layihə ilə yanaşı rayonda taxıl və un məmulatları kombinatının tikintisi işləri də başlanıb.

Sonda tikinti işlərinin başlanmasını ifadə edən giliz təmələ buraxılıb. (APA)