TQDK sədri AMEA prezidentini təkzib etdi

TQDK sədri AMEA prezidentini təkzib etdi backend

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə AMEA-nın magistratura pilləsinə qəbul məsələsinə münasibət bildirib.

O qeyd edib ki, TQDK AMEA-ya bu məsələ ilə bağlı texniki və metodiki kömək göstərir: “Lakin burada hüquqi məsələlər var. Müəyyən hüquqi dəyişikliklər edilməlidir. Bu da bizdən asılı deyil. Hətta “Təhsil haqqında” qanunda da müəyyən dəyişiklik olunmalıdır. Çünki qanunda yazılıb ki, magistraturaya qəbul yalnız təhsil müəssisələri üzrə aparıla bilər”.
M. Abbaszadə qeyd edib ki, elmi müəssisələrin magistratura pilləsinə qəbulla bağlı “Təhsil haqqında” qanunda heç bir maddə yoxdur. “Bu dəyişikliklər baş tutandan sonra təbii ki, Akademiyanın magistraturasına qəbul aparılacaq”. Qeyd edək ki, AMEA prezidenti Akif Əlizadə bir müddət əvvəl keçirdiyi mətbuat konfransında bu ilin fevralında AMEA-nın magistraturasına 7 ixtisas üzrə qəbul elan ediləcəyini deyib.
Diaspora