2 rayonda qaz olmayacaq

2 rayonda qaz olmayacaq backend

İyunun 16-da Astara magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.


SOCAR-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, saat 09:00-dan 18:00-a qədər “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Avrora”, “Xarxatan”, “Tüklə” və “Masallı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri görüləcək.

Təmir müddətində aparılan işlərin Lənkəran və Masallı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.