Leysan və selin fəsadları - Bölgələrdən xəbər

Leysan və selin fəsadları - Bölgələrdən xəbər backend

Yağan leysan yağış və sel rayonlarda ciddi fəsadlar törədib.

GÖYÇAY

Göyçaya yağan güclü leysan səbəbindən yaranan sel suları evlərə, həyətyanı və əkin sahələrinə ciddi ziyan vurub. Ev quşları, xırda buynuzlu heyvanlar tələf olub, meyvə bağlarına, 100 hektardan çox otlaq və taxıl sahəsinə ciddi ziyan dəyib. Bundan başqa bir ədəd avtomabili sel aparıb.

İSMAYILLI

İsmayıllıda isə Çayqovuşan kənd sakini 12 yaşlı Səbinə Sadıqovanı sel aparıb. O, yaşadığı evin yaxınlığından keçən Göyçay çayının üzərindəki körpüdən yıxılaraq çaya düşüb. Kənd sakinləri çaya düşdüyü yerdən 100 metr aralıda ağaca ilişərək suda qalan 12 yaşlı qızın həyatını xilas ediblər. Təcili olaraq xəstəxanaya yerləşdirilən Səbinə Sadıqovanın vəziyyəti ağır olaraq qalır.

Ümumilikdə 200-dən çox evi su basıb, 10-a yaxın köhnə ev, tövlə və yardımçı tikililər dağılıb, təbii qaz xətti qırılaraq yararsız hala düşüb. kəndlərə elektirik enerjisinin verilişi dayanıb.