Rus bölməsinin 433 abituriyenti “2“ aldı

Rus bölməsinin 433 abituriyenti “2“ aldı backend

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 12-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahanın nəticələrini elan edib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu il “Azərbaycan dili” fənni üzrə birinci imtahan mayın 1-də keçirilib. Həmin imtahanda 7696 abituriyent iştirak edib, onlardan 6476 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiymət alıb. Qəbul qaydalarına əsasən, mayın 1-də keçirilmiş imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə iyunun 12-də keçiriləcək “Azərbaycan dili” imtahanında iştirak etmək imkanı verilib. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.


Məlumat üçün bildiririk ki, iyunun 12-də keçirilmiş imtahanda 1096 abituriyent iştirak edib, 663 nəfər tələb olunan 15 və daha çox bal toplayaraq məqbul qiymət alıb.