Azərbaycanda kənd təsərrüfatı məhsulları ucuzlaşıb

Azərbaycanda kənd təsərrüfatı məhsulları ucuzlaşıb backend

2016-cı ilin yanvar-may aylarında 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 20,9 faiz ucuzlaşıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,4 faiz bahalaşıb.


Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2016-cı ilin may ayında aprelə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,7 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,8 faiz ucuzlaşıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 faiz bahalaşıb.

Ay ərzində bitkiçilik məhsullarından xiyarın, pomidorun, lobyanın və kələmin istehsalçı qiymətlərində ucuzlaşma, çay yarpağının və almanın istehsalçı qiymətlərində isə bahalaşma müşahidə olunub.

Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib. May ayında heyvandarlıq məhsullarından südün, qoyun və keçilərin istehsalçı qiymətlərində ucuzlaşma, yumurtanın, donuz və quş ətinin istehsalçı qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.