Şəki şəhərində “Qarabağ müharıbəsi şəhidləri“nin xatirəsinə həsr olunmuş” yarış keçiriləcək

Şəki şəhərində “Qarabağ müharıbəsi şəhidləri“nin xatirəsinə həsr olunmuş” yarış keçiriləcək backend

İyunun 19-da Şəki şəhərində "Qarabağ müharıbəsi şəhidləri"nin xatirəsinə həsr olunmuş" Kempo Submission" üzrə Gi-NoGi versiyaları üzrə Respublika turniri keçiriləcək. Azərbaycan Kempo təşkilatının mətbuat xidməti rəhbəri Fuad Rəsulun verdiyi məlumata görə, yarış Şərq Döyüş növləri Federasiyaları şurasının, Şəki şəhər Gənclər və İdman baş idarəsinin və "Toğrul" şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu baxımdan gənclər arasında bu cür yarışların təşkili mühüm əhəmiyyətə malikdir.

Qeyd edək ki, bu tip yarışların keçilməsində əsas məqsəd Kempo idman növünün inkişafına, kempoçuların ustalığının artırılması və təkmilləşdirilməsinə, o cümlədən bölgələrdə yeniyetmə və prespektivli idmançıların aşkar edilməsinə nail olmaqdır. Yarışın sonunda qalib olan idmançılar təşkilatçı qurum tərəfindən fəxri fərman və medallarla təltif olunacaq.