Avropa Oyunları ilə əlaqədar Bakıda imtahanlar daha tez başlayacaq
“Ümumtəhsil məktəblərində buraxılış imtahanları iyun ayında keçiriləcək”. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, Bakıda keçiriləcək Avropa Oyunları ilə əlaqədar buraxılış imtahanının vaxtında dəyişiklik ediləcək: “Bakıda bu imtahanlar iyunun 7-dək başa çatacaq. Yəni paytaxtda buraxılış imtahanları daha tez başlayacaq”.Regionlarda keçiriləcək buraxılış imtahanlarına gəlincə, M. Abbaszadə bildirib ki, rayonlarda buraxılış imtahanları iyunda keçiriləcək.
TQDK sədri vurğulayıb ki, yaxın günlərdə imtahan cədvəli təsdiqlənəcək və bu barədə ictimaiyyətə geniş məlumat veriləcək.