İyunun 7-də Ermənistan Respublikasına keçdiyi bildirilən Azərbaycan vətəndaşının şəxsiyyəti müəyyənləşdirilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Lent.az-a verilən məlumata görə, aidiyyəti beynəlxalq təşkilatlar və dövlət qurumları ilə birlikdə apardığı araşdırma nəticəsində məlum olub ki, həmin qadın Gədəbəy rayonu, Arabacı kənd sakini 1977-ci il təvəllüdlü Ələkbərova Qətibə İbrahim qızıdır.
Araşdırma nəticəsində Ələkbərova Qətibə İbrahim qızının Qazax rayonlararası ruhi xəstəxanasında dispanser qeydiyyatında olduğu müəyyən edilib.