Yol polisinin mətbuat xidmətinin rəhbəri cərimə olunub

Yol polisinin mətbuat xidmətinin rəhbəri cərimə olunub backend

Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov xidməti avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün cərimə olunub.


Onun yol hərəkəti qaydasını pozduğu ilə bağlı foto sosial şəbəkələrdə paylaşılıb. Belə ki, V.Əsədov 99 YP 333 dövlət nömrə nişanlı xidməti avtomobilini piyada keçidinin üzərində park edib.

“Əgər orada qayda pozuntusu varsa, cəriməni ödəyəcəyəm. Hamı qanun qarşısında bərabərdir”, - V.Əsədov deyib.