ATƏT-in təmas xəttində monitorinqi insidentsiz başa çatıb

ATƏT-in təmas xəttində monitorinqi insidentsiz başa çatıb backend

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 8-də Xocavənd rayonu Kuropatkino kəndinin şərqindən keçən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində monitorinq keçirilib. QAZİLER.AZ-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Şvedberq, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Jiri Aberle keçiriblər.