Aprel döyüşlərində şəhid olan baş leytenantın qızı dünyaya gəldi

Aprel döyüşlərində şəhid olan baş leytenantın qızı dünyaya gəldi backend

Aprelin 5-də cəbhənin Füzuli rayonu istiqamətində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun baş leytenantı Ziya Həsənovun dünən qız övladı dünyaya göz açıb.


Lent.az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, bu barədə şəhidin yaxınları sosial şəbəkələrdə məlumat yayıblar. Körpəyə şəhidimizin arzusunu yerinə yetirərək Yağmur adı qoyulub.