Qənirə Paşayeva xanım millət vəkilləri ilə görüşüb

Qənirə Paşayeva xanım millət vəkilləri ilə görüşüb backend

Millət vəkili Qənirə Paşayeva Qazaxıstan, İraq və Əlcəzair millət vəkilləri ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə Q. Paşayeva Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.


Q. Paşayeva Qazaxıstan, İraq və Əlcəzair millət vəkillərinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib.

Qazaxıstan, İraq və Əlcəzair millət vəkilləri ölkələrinin Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiyini deyərək ikitərəfli münasibətlərin getdikcə daha da sürətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.

Q. Paşayeva millət vəkillərinə Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı həqiqətləri ilə bağlı materiallar da hədiyyə edib.