“Erməni soyqırımı olmayıb, osmanlı ordusunun arxa cəbhəsinin təhlükəsizliyini təmin etmək üçün hərbi-polis əməliyyatları olub” Hurriyyet.org (Hurriyyet.az, Hurriyyet.tv) xəbər verir ki, tarixçi bu məlumatı öz “feysbuk” səhifəsində yazıb. Rus tarixçi Oleq Kuznetsov öz kitablarında dəfələrlə ermənipərəst publisistlərin bu xalqın siyasi elitasının maraqları naminə Rusiya tarixini saxtalaşdırmaq üçün göstərdikləri yöndəmsiz cəhdlərin qarşısını alıb. Bu günlərdə Oleq Kuznetsovun elektron poçt ünvanına Yeqiş Ohanesyan adlı birindən məktub gəlib. O, erməni daşnaklığına xas olan kobud, tərbiyəsiz üslubda tarixçi alimə qarşı iddialar irəli sürüb: “Siz öz cəfəngiyyatınızı yazarkən nə çəkirsiniz? İndi heç olmasa, bir qədər təhsili olan bütün adamların gülüş hədəfinə çevrilmək neçəyədir?
...Siz özünüzü peşəkar rus tarixçisi hesab edirsiniz? Belə olan halda mənim sizə təklifim var. Etnik erməni metsenantlarının dəstəyi ilə biz sizin peşəkar rus tarixçiləri lə görüşünüzü təşkil etməyə hazırıq – görüş videolentə çəkiləcək. Görüşün məqsədi bundan ibarət olacaq: dörd tarixçi sizin yazdıqlarınızı hamıya bəlli olan faktlarla təkzib edəcəklər, sizin isə məqsədiniz öz həqiqətinizi faktlara müdafiə etmək olacaq. Sizin yalanınız isbat edildiyi təqdirdə bunu ictimai şəkildə kameraya etiraf edəcəksiniz və erməni xalqından üzr istəyəcəksiniz. Bu videoları bütün mümkün KİV-lərdə (onlarla razılaşacağıq), İnternetdə və s. yaymaq hüququ bizdə olacaq. Bizim dəlillərimiz inandırıcı olsa, siz layiqli qonorar alacaqsınız. Qalan şərtlər və nüanslar müqavilədə qeyd ediləcək. Razılıq versəniz, biz bu görüşün təşkilinə başlayacağıq və o, sentyabrın əvvəlində baş tuta bilər. Bizim hüquqşünas əvvəlcədən sizinlə əlaqə saxlayıb müqavilənin bütün şərtlərini razılaşdıracaq”.
Oleq Kuznetsovun elektron ünvanına məktub yazıb onu narahat edən erməninin məqsədi aydındır – tarixçini ermənilərin “soyqırımı” qədər qondarma olan şouya çağırıb, üstünə düşmək və öz təlxəkliklərini ona yaraşdırmaq. Çox güman ki, həmin videotamaşa zamanı tarixçiyə danışmağa imkan verilməyəcəkdi və şoudan dərhal sonra bu adamın “satqınlığı” barədə sənədlər İnternetdə yayılacaq və daim erməni yalanlarını ifşa edən adamın “əslində hansı məqsədə qulluq elədiyi” imici yaradılacaqdı.
Zəkalı bir insan kimi bunu dərhal başa düşən Oleq Kuznetsov ermənilərin fitvasına uymayaraq, Yeqiş Ohanesyanın inkvizisiya məhkəməsi formatlı təklifi ilə razılaşmayıb, əvəzində ona fərqli təklif edib:
“Mənim başa düşdüyüm kimi, siz mənə Vadim Qomozun başçılığı altında ictimai tənə-danlaq təklif edirsiniz. Bu olmayacaq. Və mənim “zəifimi” tutmaq lazım deyil. Mən həmişə dürüst duelə razıyam, amma hər şey duel qaydalarına uyğun olmalıdır.
Məni siz duelə çağırmısınız və deməli, silah seçimi haqqı məndədir.
Mən sizin tarixçilərinizə qarşı ictimai savaşa aşağıdakı şərtlər daxilində razıyam:
1.Yalnız XIX əsr barədə, yalnız Rusiya, İran və Türkiyə tərkibindəki ermənilər və yalnız yazılı sənədlər əsasında danışacağıq.
Qədim erməni şahlığı, Urartu dövləti, xristianlığın qəbulu barədə miflərə heç bir istinad olmayacaq – çünki siz indiyə qədər gizli bütpərəstlərsiniz.
Yalnız nəşr edilmiş, yalnız rus, fransız və ingilis dillərindəki sənədlər qəbul ediləcək, heç bir erməni, fars, ərəb sənədi olmayacaq.
2. Dördünün birinə qarşı olması – düzgün deyil, duel qaydalarına uyğun gəlmir, özümlə daha üç nəfəri məsləhətçi, yaxud da sekundant kimi gətirəcəyəm ki, sizin həddən artıq emosional olan saxta tarixçiləriniz və təbliğatçılarınız mənə səsləri və emosiyaları ilə təzyiq göstərməsinlər. Sizin tərəfdə də - bir əsas oppanent və 3 məsləhətçi olmalıdır.
3. Videonu neytral studiyada çəkməliyik, tam sakitlikdə və tamaşaçısız – 4-ün 4-ə formatında. Çəkiliş müddəti – 60 dəqiqə. Dörd kameraya çəkirik – ikisi sizin, ikisi də bizim tərəfimizdəki operatorlarla. Operatorlar susurlar. Studiyanın xərcinin ödənilməsini isə yarı bölürük.
4. Videonu Youtube-da eyni gündə yerləşdiririk”.
Təbii ki, bu doğru şərtlər ermənilər tərəfindən qəbul edilmədi, çünki bu halda erməni təbliğatçılar təşəbbüsü əldən verəcəkdilər və “cığal” hücumlarını bir kənara qoyub həqiqət qarşısında müdafiə vəziyyətinə keçməli olacaqdılar . Çünki Qədim erməni şahlığı barədə saxta qondarma “əsərlərdən” savayı əllərində bir şey yoxdur. Erməni dövlətçiliyi tarixi ilə yalnız 1918-ci ildən – çar Rusiyasının xarabalıqları altında daşnak respublikasının yaranmasından sonra başlayır.
Oleq Kuznetsov alternativ bir təklif də irəli sürüb:
“Şəxsən mənə qarşı yönəldilmiş təbliğat aksiyasında iştirak etməyə hazırlaşmıram. Mən Osmanlı imperiyasında “erməni soyqırmı” məsələsini müzakirə etməyə hazırlaşmıram, çünki tonlarla təbliğat ədəbiyyatından başqa, bir dənə də normal tarixi-hüquqi araşdırma yoxdur. Erməni soyqırımı olmayıb, osmanlı ordusunun arxa cəbhəsinin təhlükəsizliyini təmin etmək üçün hərbi-polis əməliyyatları olub. 1915-ci il, aprelin 25-də Antanta donanmasının Dardanel əməliyyatı başlanıb, bu ərəfədə, aprelin 24-də ocmanlılar hazırlanan qiyamı yerindəcə məhv etmək qərarına gəldilər. Bütün “soyqırımı” söhbəti də elə budur.
Mən dərindən əminəm ki, 1918-ci ilə, türklər Batum sülh konfransında Ermənistan Respublikasını yaradana qədər ermənilər bir millət kimi mövcud deyildilər, onların yerində Osmanlı imperiyasının ər-Ərmən millətinin tərəfdarı olan yarıetnik erməni-qriqoryan sektası vardı.
1918-ci ilə qədərki tarixdə ermənilərin heç vaxt öz dövləti olmayıb, Qədim Ermənistan şahlığı və eləcə də erməni tarixçilərin öz adlarına çıxdıqları Urartu dövləti müasir Ermənistanın sələfi olmayıb. İsrail – İudeya, İtaliya – Roma, Türkiyə - Buzans deyil, Ermənistan Respublikası da Qədim erməni şahlığının yox, elə Ermənistan Respublikasının varisidir.
Bu – mənim mövqeyimdir, xoşunuza gəlsə də, gəlməsə də. Siz bunu müzakirə etməyə hazırsınızsa, mən də yuxarıda göstərdiyim şəraitdə müzakirə etməyə hazıram.
Mən sizin xalqınızın ideoloqlarının cəfəng tarixi fantaziyalarını müzakirə etməyə hazırlaşmıram və tərəfdarı olmadığım erməni-qriqoryan məzhəbinin dini məsələlərini müzakirə etməyi qeyri-etik hesab edirəm.
Mən öz mövqeyimi dəqiq müəyyənləşdirmişəm. Sizin mənimlə müzakirə edəcək bir mövzunuz yoxdursa, söhbətimizi kəsməyi təklif edirəm. Psixatriyada bir həkim qanunu var: “İmkan vermə ki, xəstə öz sayıqlamalarını sənə keçirtsin”. Siz məni öz sayıqlamalarınıza qoşa bilməzsiniz.
Yoxsa, siz yalnız hüquqi xarakterli sənədlərin olduğu, Xorenatsi ilə Kriatsinin fantaziyalarına yer olmayan haqq meydanında çıxış edə bilməzsiniz?”
Əvvəlcə, informasiya müharibəsində ermənilərin tərəfinə keçməsi üçün Oleq Kuznetsova rüşvət təklif edən Yeqiş Ohanesyan onun razılıq vermədiyini görəndən sonra qəzəblənib.
Oleq Kuznetsov “Vesti.az” saytının müxbirinə bu internet yazışması ilə bağlı belə deyib: “Əvvəla, məni həyasızcasına satın almaq istəyirdilər. Mənim həyatımda nöqteyi-nəzərimi dəyişməyi təklif edən bir çox müxtəlif vəziyyətlər olub. Təhdidlər, pul təklifləri və başqa üsullarla yoldan çıxarmağa çalışıblar, hətta bir dəfə avans kimi xidməti mükafat da veriblər. Lakin mən qəbul etməmişəm.
...indi isə birdən-birə tanımadığım bir qanacaqsız, özü də erməni ləhcəsində İnternetdən mənə ismarıc göndərir. İndi mənə aydındır ki, Vladimir Solovyov, Sergey Kuryagin, Vladimir Jirinovski kimiləri və o biri təbliğatçılar Rusiyadakı erməni diasporunun bosslarına necə, üzr istəyirəm, nökərçilik edirlər. Deməli, onların da üzünə mənə olduğu kimi həyasızcasına deyirlər: “ey sən, gəl bu pulu al, bizə Böyük Ermənistan mahnısını oxu”. Amma mən onlardan biri deyiləm və özümə qarşı bu cür münasibəti qəbul edə bilmərəm.
...Bəlkə də bəzilərinin fikrincə, mən axmaq hərəkət eləmişəm. Axı, imperator Vespasian deyərdi: “puldan iy gəlməz”. Amma mən – imperator Vespasian deyiləm, mən Kuznetsovam, Oleq Kuznetsov”.