Azərbaycanda “donuz qripi” xəstəliyi qeydə alınmayıb

Azərbaycanda “donuz qripi” xəstəliyi qeydə alınmayıb backend

“Hazırda Azərbaycanda heyvanlar arasında iti yolucuxu xəstəliklər, o cümlədən də “donuz qripi” (A/H1 N1-red.) xəstəliyi qeydə alınmayıb”. Bu sözləri APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli deyib.

Y.Xanvəli ölkədə təxminən 7 min başa yaxın donuzun qapalı şəraitdə saxlanıldığını bildirib: “2008-ci ildə ölkəmizdə “Afrika taunu” aşkarlanandan sonra donuzlar qapalı şəraitdə saxlanılır. Azərbaycanda digər ölkələrə - Rusiyaya, Ukraynaya nisbətən donuzların sayı o qədər də çox deyil. Hər təsərrüfata 20-25 baş donuz düşür. Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən ölkədəki heyvan və heyvan mənşəli məhsullara ciddi nəzarət həyata keçirilir”. Qeyd edək ki, son 6 gündə Türkiyədə 30 nəfər “donuz qripi”nə yoluxaraq həyatını itirib.
Diaspora