Ağdaşda təkrar seçkiləri AŞPA-nın 5 müşahidəçisi izləyəcək

Ağdaşda təkrar seçkiləri AŞPA-nın 5 müşahidəçisi izləyəcək backend

90 saylı Ağdaş Seçki Dairəsində Milli Məclisə keçiriləcək təkrar seçkiləriAvropa Şurası Parlament Assambleyasının (AŞPA) 5 müşahidəçisi izləyəcək. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.


M. Pənahov AŞPA-nın 5 müşahidəçinin MSK-da qeydiyyatdan keçdiyini deyib, MSK-da qeydiyyatdan keçmiş yerli müşahidəçilərin sayının isə 500 nəfər olduğunu açıqlayıb.

Qeyd edək ki, MSK-ya müşahidəçilərin müraciət etmə müddəti bu gün başa çatır.