İyulun 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Abşeron yarımadasında gecə 17-21, gündüz 24-29 dərəcə isti olacaq. Bakıda gecə 18-20, gündüz 26-28 isti olacağı gözlənilir.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə olacaq.Sabah Azərbaycana dolu yağacaq

