Cahangir Hacıyevin həbs müddəti yenidən artırıldı

Cahangir Hacıyevin həbs müddəti yenidən artırıldı backend

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti növbəti dəfə artırılıb.

Qaziler.az bildirir ki, bu barədə Trend-ə vəkil Aqil Layıcov məlumat verib.

Vəkil bildirib ki, Nərimanov rayon məhkəməsinin qərarı ilə C.Hacıyev barəsində olan həbs qətimkan tədbirinin müddəti növbəti dəfə 3 ay artırılıb: "Qərardan apellyasiya şikayəti vermişik. Sabah Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılacaq".

Qeyd edək ki, C.Hacıyev ötən il dekabrın 5-də Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs edilib. Sonradan C.Hacıyev barəsində olan həbs qərarının müddəti 3 dəfə artırılıb. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur.