Talış istiqamətində insident: əsgər Xoren öldürüldü

Talış istiqamətində insident: əsgər Xoren öldürüldü backend

Erməni işğalçı qüvvələrinin daha bir əsgərinin öldüyü açıqlanıb. Virtualaz.org xəbər verir ki, insident barədə qondarma “DQR müdafiə nazirliyi” məlumat yayıb.

Məlumata əsasən erməni qüvvələrinin təmas xəttinin şimal-şərq istiqamətində (Talış kəndi istiqaməti) bu gün səhər saat 09.15-də 1997-ci ildə anadan olmuş hərbi qulluqçu Xoren Arutyunyan ölümcül yaralanıb. Atəşin kim tərəfindən açıldığı göstərilmir. Bundan əvvəl erməni tərəfi mayın 25-d təmas xəttinin həmin istiqamətində bir əsgərin başından vurularaq öldürüldüyünü açıqlamışdı.