Təhsil Nazirliyi işlədiyi məktəbi dəyişmək istəyən müəllimləri test imtahanından keçirəcək. Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər. Xəbərdə deyilir ki, nazirlik ümumi təhsil müəssisələrində, eləcə də peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqəyə başlayıb. Müsabiqəyə qatılmaq istəyən müəllimlər iyunun 12-dək sənədlərini təqdim edə bilərlər.
Amma ötən illərdən fərqli olaraq, bu il şərtlər dəyişib. Belə ki, bu il müsabiqə çərçivəsində vakant yerlərin seçimi test imtahanlarından sonra aparılacaq. Namizədlərə 4 vakant yer seçmək imkanı verilib.