Azərbaycanda lokal internet yaradılıb

Azərbaycanda lokal internet yaradılıb backend

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) internet lokal şəbəkəsinin yaradılması ilə bağlı texniki işləri başa çatdırıb. Trend-in Mərkəzə istinadən verdiyi məlumata görə, lokal internet trafikdən istifadəni optimallaşdırmaq və istifadəçilərin "Elektron hökumət" (e-gov.az) portalına keyfiyyətli girişini təmin etmək məqsədilə yaradılıb.

MHM-dən bildiriblər ki, hazırda internet servis provayderlərin lokal şəbəkəyə qoşulması üzrə işlər aparılır: "Trafik mübadiləsi üçün buraxılış qabiliyyəti 1 giqabit/saniyə olan kanal işə salınlb".

Trafik istehlakı artdıqca məlumatların ötürülməsi sürəti 10 giqabit/saniyəyədək artırıla bilər.

İnternet trafikin istehlakının optimallaşdırılması provayderlərin beynəlxalq kanallarının yükünü 40 faizədək azaltmağa imkan verəcək.
Diaspora