İsmayıllıda avtomobil yolu SÜRÜŞDÜ

İsmayıllıda avtomobil yolu SÜRÜŞDÜ backend

İsmayıllı rayonu ərazisində, Basqal-Sulut avtomobil yolunda sürüşmə hadisəsi baş verib. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev məlumat verib.


Baş geoloq qeyd edib ki, atmosfer yağıntılarının təsirindən ərazidə uzunluğu 120-140 metr olan sürüşmə sahəsi yaranıb.

Ə. Piriyev onu da qeyd edib ki, Basqal-Sulut avtomobil yolundakı sürüşmə rayon ərazisində yeni sürüşmə sahəsidir.