Mehmet Haberal Bakıya gəlib

Mehmet Haberal Bakıya gəlib backend

Başkent Universitetinin və klinikasının qurucusu və rəhbəri Mehmet Haberal Bakıya gəlib. Lent.az-ın məlumatına görə, məşhur həkim iyunun 1-3-də Bakıda keçiriləcək Türkiyə Orqan Nəqli Dərnəyi (TOND) və Türk Dünyası Transplantasiya Dərnəyinin (TDTD) birgə iştirakı ilə orqan və toxumaların köçürülməsinin aktual problemlərinə həsr olunmuş II Beynəlxalq konqresdə iştirak edəcək.


Lent.az-ın məlumatına görə, konqresdə ABŞ, İngiltərə, Avstraliya, Kanada, Livan, İordaniya, Misir, İran, Türkiyə və Orta Asiya dövlətlərindən, eləcə də Azərbaycan mütəxəssisləri də daxil olmaqla 500-ə qədər nümayəndənin iştirakı gözlənilir. Dünya Transplantasiya Cəmiyətinin sədri professor Filipp OConelli ( Avstraliya) və digər alimlər də dəvətlilər arasındadır. Konqresdə transplantalogiyanın müxtəlif problemlərinə həsr olunmuş çıxışlar dinləniləcək, plenar iclaslarda diskussiyalar aparılacaq, elmi-praktik seminarlar keçiriləcək. Bu konqres Azərbaycanda orqan nəqlinin inkişafına böyük təkan verməklə, kadr və sosial-hüquqi qaydaların hazırlanmasında, orqan bağışlanması( meyit orqanlarının nəqli) sahəsində mühüm rol oynayacaq.

Qeyd edək ki, Türkiyə, Azərbaycan, Orta Asiya dövlətlərinintransplantoloqları, nefroloqları, cərrahlarının daxil olduğu TDTD 2014 –cü ildə Türkiyə Transplantasiya Cəmiyyətinin sədri, Başkent Universitetinin və klinikasının qurucusu və rəhbəri Mehmet Haberal tərəfindən yaradılıb. İlk konqres 2015-ci ildə Astana şəhərində 400-dən artıq nümayəndənin iştirakı ilə keçirilib.