Müdafiə naziri “Efes-2016“ beynəlxalq təlimlərinin yekun mərhələsində iştirak edib

Müdafiə naziri “Efes-2016“ beynəlxalq təlimlərinin yekun mərhələsində iştirak edib backend

Müdafiə naziri Zakir Həsənov "Efes-2016" beynəlxalq təlimlərin İdarəetmə Mərkəzində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən QAZILER.AZ-a verilən məlumata görə, Z. Həsənov İzmir şəhərində keçirilən "Efes-2016" beynəlxalq təlimlərinin yekun mərhələsində iştirak etmək üçün mayın 30-da Türkiyəyə səfər edib.

Müdafiə naziri Yüksək Səviyyəli müşahidəçilərlə birgə Təlim İdarəetmə Mərkəzi və Silah sərgisində olub.