Dərmanların vahid qiyməti olacaq

Dərmanların vahid qiyməti olacaq backend

Bununla bağlı Nazirlər Kabinetinə və Tarif Şurasına tapşırıq verilib. Prezident İlham Əliyev “Dərman vasitələri haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb. Lent.az-ın məlumatına görə, fərmana əsasən, hökumət iki ay müddətində “Dərman vasitələri haqqında” qanunun müvafiq maddəsinə uyğun olaraq, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasını prezidentlə razılaşdırmaqla təsdiq etməlidir.

Tarif (qiymət) Şurası isə “Dərman vasitələri haqqında” qanuna uyğun olaraq, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsini üç ay müddətində təmin edəcək.
Diaspora