Azərbaycan Dövlət Pedaqoji Universiteti müsabiqə elan edir. Trend xəbər verir ki, bu barədə rəsmi mətbuatda dərc olunan məlumatda deyilir. Boş olan kafedra müdiri (Fəlsəfə və sosial fənlər kafedrası) vəzifəsini tutmuq üçün namizəd elmlər doktoru, professor və ya fəlsəfə doktoru, dosent olmalıdır.
Kafedralar üzrə boş olan aşağıdakı vəzifələri tutmaq üçün:1. Azərbaycan dilçiliyi - baş müəllim 1 ştat
2. Xarici dillər - müəllim 3 ştat (hər üçü - 0,5 ştat)
3. İngilis dili və onun tədrisi metodikası - dosent 1 ştat
4. Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası - dosent 0,5 ştat, müəllim 0,5 ştat
5. Ümumi tarix - müəllim, 0,25 ştat
6. Azərbaycan tarixi - dosent 1 ştat, müəllim 1 ştat, müəllim 0,5 ştat
7. İnsan və heyvan fıziologiyası - dosent 1 ştat, müəllim 0,5 ştat
8. Mülki-müdafiə və tibbi biliklərin əsasları - müəllim 0,5 ştat
9. Zoologiya - dosent 1 ştat
10. Ümumi psixologiya - baş müəllim 2 ştat, müəllim 0,5 ştat
11. İqtisadi coğrafiya və coğrafıyanın tədrisi metodikası - dosent 1 ştat, müəllim 1 ştat
12. Funksiyalar nəzəriyyəsi - dosent 1 ştat
13. Musiqi alətləri fənninin tədrisi metodikası - professor 1 ştat
14. Dünya ədəbiyyatı - müəllim 0,5 ştat
15. Azərbaycan ədəbiyyatı tarixi - müəllim 0,5 ştat
16. Hesablama riyaziyyatı və informatika - müəllim 1 ştat
17. Analitik və fiziki kimya - dosent 1 ştat
18. Fəlsəfə və sosial fənlər - professor 1 ştat, dosent 7 ştat (onlardan biri - 0,5 ştat), 7 ştat baş müəllim (onlardan beşi - 0,5 ştat), müəllim 2 ştat (hər ikisi 0,5 ştat)
19. Müasir Azərbaycan dili - dosent 2 ştat
20. Məktəbəqədər təhsilin pedaqogikası və metodikası - dosent 1 ştat
21. Mexanika və molekulyar fizika - dosent 1 ştat
22. Riyaziyyat və onun tədrisi metodikası - baş müəllim 0,5 ştat
23. Rəsmxətt, təsviri incəsənət və onların tədrisi metodikası - baş müəllim 1 ştat
24. Azərbaycan dili və onun tədrisi metodikası - baş müəllim 1 ştat
25. Elektrik və optika - baş müəllim 1 ştat
Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün sənədlər bu elan dərc olunan gündən (20 mart) bir ay müddətində qəbul edilir.
Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Rektorun adına ərizə;
2. Kadrlar uçotunun şəxsi vərəqəsi;
3. Tərcümeyi-hal;
4. Ali təhsil haqqında diplomun surəti;
5. Elmi dərəcə haqqında diplomun surəti;
6. Elmi ad haqqında diplomun surəti;
7. Elmi və elmi-metodiki əsərlərin siyahısı.
Əlaqə üçün, Az,1000, Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 68
Otaq 208 (II mərtəbə)
Telefon: 493-15-96
Rektorluq