“Google”un daxil olduğu “Alphabet” korporasiyası “Oracle” şirkəti ilə patent mübahisəsi üzrə məhkəmədə qalib gəlib. İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, “Oracle” qarşı tərəfi “Android” əməliyyat sistemini yaradarkən onun “Java” proqram təminatından qanunsuz istifadə etməkdə günahlandıraraq 9 milyard dollar təzminat tələb edirdi.
Məhkəmə heyəti yekdilliklə bu tələbi rədd edib. Qərara əsasən “Google” müəllif hüququ haqqında qanunda nəzərdə tutulan vicdanlı istifadə müddəasına uyğun şəkildə “Java”dan istifadə edib.“Oracle” qərardan şikayət vermək niyyətindədir. “Biz qəti əminik ki, “Google” “Java”nın əsas texnologiyalarından istifadə etməklə mobil cihazlar bazarında sürətlə irəliləmək üçün “Android”i qanunsuz hazırlayıb”, - deyə “Oracle”ın baş müşaviri Doriana Deyli söyləyib.
“Alphabet” isə qərarı qələbə kimi qiymətləndirib.