Bakıda daha bir yol təmir olunur.Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, bu gün səhər Yusif Səfərov küçəsinin Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev prospektinin köməkçi sahəsinə qədər olan gediş-gəliş hissəsində təmir işlərinə başlanılıb.
Təmir çərçivəsində asfalt-beton örtüyünün üst qatının yenilənməsi və genişləndirilmə işləri həyata keçiriləcək. Göstərilən işləri nəzərə alaraq martın 21-i səhər saat 08:00-dan etibarən Babək prospektindən və Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə nəqliyyatın hərəkəti dayandırılacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.Sürücülərin nəzərinə: Sabah daha bir yol bağlı olacaq

