Mətbuat günü ərəfəsində jurnalistlərə ev verilməyəcək - Əflatun Amaşov

Mətbuat günü ərəfəsində jurnalistlərə ev verilməyəcək - Əflatun Amaşov backend

Azərbaycan mətbuatının 141 illiyi ərəfəsində jurnalistlərə ev verilməyəcək. Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.


O bildirib ki, jurnalistlər üçün yeni binanın tikintisi davam edir: "Tikintinin bu ilin sonuna kimi başa çatması planlaşdırılır. Mənzillərin jurnalsitlərə paylanması məsələsinə bundan sonra baxılacaq".

Qeyd edək ki, artıq bir bina tikilərək mətbuat nümayəndələrinə paylanıb.