Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb

Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb backend

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-180, Kiçik Qafqazın çaylarında 100-140, Lənkəran-Astara bölgəsi çaylarında 100-180, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, martın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 195 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 200 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 92 m3/s olmaqla, ongünlük normanın 98 faizini təşkil edib. 2014-cü ildə isə bu göstərici 56 m3/s təşkil edərək ongünlük normanın 60 faizinə bərabər olub.

Martın 19-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 12, Salyanda və Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində 15 sm azalma qeydə alınıb, Surra da isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 356 sm (2014-cü il martın 16-da 308 sm), Şirvanda 229 sm (2014-cü il martın 16-da 135 sm), Salyanda 200 sm (2014-cü il martın 16-da 65 sm), Bankədə 203 sm (2014-cü il martın 16-da 173 sm), Araz çayının Novruzlu məntəqəsində isə 122 sm (2014-cü il martın 16-da 54 sm) təşkil edib.
Diaspora