Alman tədqiqatçısı Qarabağın tarixini tədqiq edəcək

Alman tədqiqatçısı Qarabağın tarixini tədqiq edəcək backend

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımovun QAZİLER.AZ-a verdiyi məlumata görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Almaniyadan gəlmiş mütəxəssis doktor Michael Reinhard ilə görüş keçirilmişdir. Doktor M.Reinhard`ın Azərbaycana gəlişinin səbəbi – Qarabağın qədim, otra əsr və yeni dövr tarixinə olan marağıdır. Onun bildirdiyinə görə Qarabağ tarixinə, xüsusilə də Albaniya dövrünə aid Almaniyada kitab çap etdirmək niyyətindədir və bu məqsədlə də elmi biliklərini zənginləşdirmək üçün Azərbaycan alimləri ilə görüşlər keçirir.


Görüşdə Arxeologiya və Etnoqrafiya İnstitunun albanşünas alimləri M.Reinharda Qarabağın zəngin tarixi, bu bölgənin qədim Azərbaycan ərazisi olması barədə ətraflı məlumatlar verdilər. Eyni zamanda mütəxəssislər Rusiya imperiyası tərəfindən XIX əsrin ortalarından başlayaraq Qarabağa köçürülmüş ermənilərin mütəmadi olaraq Azərbaycan abidələrini özününküləşdirmə siyasətindən, bu yöndən olan saxtakarlıqlarla guya bu ərazilərdə qədimdən yaşamalarını sübut etməyə cəhdlərindən söz açdılar. M.Reinharda nəşr edəcəyi kitabda belə saxta cəhdlərə cavab olaraq Qarabağın tarixinin tam obyektiv işıqlandıracağını bildirdi.