Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Sazişi təsdiq edib.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, dövlət başçısı həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında" 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Protokolu təsdiq edib.Azərbaycan və Türkiyə arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq

