Mayın 19-da Binəqədi rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Azərsu ASC-dən Axar.az-a verilən məlumata görə, yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar Azadlıq prospekti və Cəfər Xəndan küçələrində yeni çəkilmiş su xətləri mövcud şəbəkəyə birləşdirilir.
Bununla əlaqədar 19 may 2016-cı il tarixində saat 09:00-dan etibarən gün ərzində Azadlıq prospekti 161a-191 və Cəfər Xəndan küçəsi 26-28 ünvanlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.Yaranacaq narahatlıqla əlaqədar Azərsu ASC abonentlərdən üzr istəyir.