Qafar Çaxmaqlı Türkiyədə professor oldu

Qafar Çaxmaqlı Türkiyədə professor oldu backend

Tanınmış jurnalist, Erməni Araşdırmalar Mərkəzinin sədri Qafar Çaxmaqlıya Türkiyədə professor adı verilib. Axar.az xəbər verir ki, bu barədə Qafar Çaxmaqlı özünün Feysbuk səhifəsində yazıb.


“Dostlar, bir sevincimi sizinlə bölüşmək istərdim. Türkiyə Cümhuriyyəti Yüksək Öyrətim Kurulu başkanlığının (YÖK) qərarı ilə professor ünvanı aldım”, - Q.Çaxmaqlı yazıb.

Qeyd edək ki, Qafar Çaxmaqlı 2007-ci ilin fevralından MAJL Ermənişünaslıq Mərkəzinin rəhbəridir.

O, jurnalistika sahəsində bir sıra mükafatlara layiq görülüb: "Qızıl qələm", "Dan ulduzu", "Ustad" və sair. 2005-ci ildə Azərbaycan mətbuatının inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Erməni, rus və türk dillərini bilir, almanca tərcümələr aparır. Hazırda Ərciyəz Universiteti Erməni Araşdırmalar Bölümünün rəhbəridir.