Martın 20-də hava yağıntılı olacaq, 21-də isə yağıntılar kəsiləcək. Bakıda və Abşeron yarımadasında martın 20-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacaq. Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Lent.az-a bildirib ki, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah arabir yağış yağacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 0-4 dərəcə isti olacağı gözlənilir.
Martın 21-də yağıntılar tədricən kəsiləcək, əksər rayonlarda yağmursuz hava şəraiti gözlənilir. Temperaturda mühüm dəyişiklik gözlənilmir.