Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov Belçikaya gedib.
Müdafiə Nazirliyindən QAZİLER.AZ -a verilən məlumatına görə, müdafiə nazirinin 1-ci müavini, genaral-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüssel şəhərindəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Qətiyyətli dəstək" və "Uyarlılıq platforması" formatlarında Baş Qərargah rəisləri səviyyəsində mayın 18-də keçiriləcək mərasimə qatılacaq. O, artıq bununla bağlı Belçika Krallığına səfərə gedib.