Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Sabunçu rayon idarəsinin Nardaran bölməsinin yeni inzibati binası istifadəyə verilib.
QAZİLER.AZ xəbər verir ki, DTX-nin İctimai Əlaqələr Şöbəsindən virtualaz.org-a bildirilib ki, müasir tələblərə cavab verən inzibati binasında yaradılan iş şəraiti və maddi-texniki baza müasir standartlar səviyyəsindədir.“Xalqımızın və dövlətçiliyimizin təhlükəsizliyinin təminatı istiqamətində qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün bütün imkanlar mövcuddur”, – deyə məlumatda qeyd olunub.