Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərə müraciət edib.
Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün səhər saat 11:00-dan Bakı-Ələt yolunun Bibiheybət məscidinin qarşısından Bayraq meydanına qədər olan hissəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Nəzərdə tutulan işlərin yaxın 3-4 saat ərzində başa çatdırılması planlaşdırılır.Bu yol da bağlıdır

