Tikintinin təyinatına uyğun olaraq rəy bildirməli olan aidiyyəti qurumların siyahısı hazırlanacaq.
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” dövlət başçısının fərmanında dəyişikliklər edilib. Lent.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev fərman imzalayıb.Fərman Azərbaycan Respublikasında tikintiyə icazə verilməsi mexanizmini təkmilləşdirmək məqsədi ilə verilib.
Dövlət başçısının fərmanında Nazirlər Kabinetinə tapşırıq da verilib. Nazirlər Kabineti tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və tikintinin təyinatına uyğun olaraq rəy bildirməli olan aidiyyəti qurumların siyahısını prezidentlə razılaşdıraraq iki ay müddətində müəyyən edəcək.