Fərdi uçot sistemində qeydiyyatda olanların sayı artıb

Fərdi uçot sistemində qeydiyyatda olanların sayı artıb backend

Cari ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayında artım 14 166 nəfər təşkil edib. ƏƏSMN-nin mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, bununla fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı 3 240 157 nəfərə çatıb.


Həmin sığortaolunanların 674 681 nəfəri (20,82 faiz) 30 yaşa qədər, 816 325 nəfəri (25,20 faiz) 30-40 yaşlarında, 654 814 nəfəri (20,21 faiz) 40-50 yaş, 685 322 nəfəri (21,15 faiz) 50-60 yaş aralığında olan vətəndaşlardır. Digərləri 60 yaşdan yuxarı olan şəxslərdən ibarətdir.

Qeyd edək ki, fərdi uçot sistemində fərdi hesabı açılanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 176 990 nəfər çoxalıb.

Bildirək ki, fərdi uçot sistemi vətəndaşlar tərəfindən gələcək etibarlı pensiya təminatı məqsədilə öz fərdi hesablarına pensiya kapitalının toplanmasını təmin edir.