İTV rəsmisindən erməni təxribatına SƏRT REAKSİYA

İTV rəsmisindən erməni təxribatına SƏRT REAKSİYA backend

“Eurovision-2016” mahnı yarışmasının ilk yarımfinal mərhələsi qalmaqalsız ötüşmədi. Lent.az-ın xəbər verdiyi kimi, yarımfinal mərhələsindən sonra mətbuat konfransı keçirilib.

Konfransda iştirak edən İTV-nin baş direktor müavini Şaiq Məmmədov isə Ermənistanın növbəti təxribatına sərt reaksiya verib. O, ermənilərin qondarma Dağlıq Qarabağın “bayrağ”ının səsvermə zamanı qaldırılmasını qurumun qanunlarının kobud şəkildə pozulması kimi qiymətləndirdi. Azərbaycanın ərazisindəki tanınmamış, qondarma “respublikaya” aid olan “bayrağ”ın böyük bir yarışmada dalğalandırılmasının isə qurumun adına bir ləkə olduğunu qeyd edib:
“Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisidir və heç bir dövlət onun müstəqilliyini tanımır. Mən inanıram ki, “Eurovision-2016” komitəsi bu təxribata qarşı ciddi ölçü götrücək".

Eurovision rəsmiləri İctimai TV-nin Baş Direktorunun müavininin sözünü kəsməyə cəhd ediblər. Lakin Şaiq Məmmədov Dağlıq Qarabağın Azərbaycanın tarixi torpağı olduğunu, ermənilərin isə işğalçı siyasət yeritdiyini dönə-dönə qeyd edib. Baş direktor müavininin bu çıxışı alqışla qarşılanıb.

Qeyd edək ki, aprelin 29-da Avropa Yayımçılar İttifaqı müsabiqənin yarımfinal və finalının keçiriləcəyi zallara gətirilməsi qadağan olunan bayraqların siyahısını açıqlamışdı.
Siyahıda İspaniyanın baskların yaşadığı bölgə, Kosovo, Krım, Fələstin və qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayraqları yer almışdı.