Fəlsəfə və Hüquq İnstitutunda elmi-praktik konfrans kecirilib

Fəlsəfə və Hüquq İnstitutunda elmi-praktik konfrans kecirilib backend

Fəlsəfə və Hüquq İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş elmi-praktik konfrans kecirilib. Bu barədə QAZİLER.AZ-a İnstitutun Mətbuat Xidmətindən məlumat verilib. Bu gün AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş elmi-praktik konfrans kecirilmişdir. İnstitutun direktoru fəlsəfə üzrə elmləri doktoru professor İ. R. Məmmədzadə giriş nitqi ilə çıxış edərək Ulu Öndərin müxtəlif vaxtlarda Azərbaycana rəhbərliyi zamanı həyata kecirdiyi qlobal islahatların istiqamətlərinə toxunmuş, müasir Azərbaycanın inkişaf strategiyasının memarı kimi onun zəngin irsinin öyrənilməsindən və elm sahəsində bu istiamətdə görülən işlərdən danışmışdır.Sonra dahi siyasi xadimin zəngin dövlətcilik fəaliyyətinin bəzi məqamlarını əks etdirən film və foto lovhə nümayiş etdirilmişdir.

İnstitutun şöbə müdirlərindən f.e.d. Rəfiqə Əzimova, f.e.d Adil Əsədov, f.e.d Füzuli Qurbanov dahi siyasi xadimin siyasətdə müdriklik zirvəsini fəth etməsinin və azərbaycancılıq ideologiyasının mahiyyətininin elmi əsaslarına diqqət cəkərək, tarixi yaddaşın bu proseslərlə müqayisəli, fəlsəfi təhlilini vermişlər. Aparıcı elmi işci Xaliq Əhmədzadə Ulu Öndərin kecdiyi həyat yolunun və bu yolun gələcək nəsillərə örnək olmasına dair fikirlər söylədi, bu irsin milli həmrəylik nümunəsi olduğunu diqqətə catdırdı.



Qonaqlardan f.e.d. Əyyub Kərimov, s.e.ü.f.d., əməkdar jurnalist Tahir Məmmədov Ulu Öndərin zəngin dövlətcilik fəaliyyətində milli mənəvi dəyərlərin qorunmasına göstərdiyi diqqət, habelə ölkəmizdə milli həmrəyliyin əsası kimi azərbaycancılıq ideologiyasının əhəmiyyətinə dair geniş məzmunlu məruzələr etmişlər. Natiqlər cıxışında bu irsin öyrənilməsi ilə onun müasir Azərbaycanın inkişaf strategiyasına zaman kecdikcə dəyərli tövhələr verməsini elmi faktlarla əsaslandırmışlar.

Daha sonra institutun bu istiqamətdə xarici ölkələrlə, o cümlədən Heydər Əliyev Fondunun Moskva şəhərindəki nümayəndəliyi ilə gördüyü işlərin əhəmiyyətinə toxunulmuş, ölkəmizdə ictimai –siyasi təşkilatlarla müntəzəm olaraq Ulu Öndərin zəngin dövlətcilik irsinin təbliği sahəsində alimlərimizin və institutun “Heydər Əliyev məktəbi”nin fəaliyyəti təqdirəlayiq hal kimi qiymətləndirildi.