Təmir işləri ilə əlaqədar olaraq bu gün günorta saatlarından etibarən Xətai rayonu Telnov küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılır. “Azəravtoyol” ASC-dən Lent.az-a verilən məlumata görə, hərəkətin qismən məhdudlaşdırılması təmir işləri bitənədək tətbiq olunacaq.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollar seçməkləri tövsiyə olunur.“Azəravtoyol” ASC müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.